Banklar kredit reyestrinə müraciətlərin sayını 3,5 dəfə artırıb
18 Yanvar 2011 Çərşənbə Axşamı 16:20
Mərkəzləşdirilmiş Kredit Reyestrində borcgötürən və kredit haqqında məlumat artıb.
Azərbaycanda banklar 2010-cu il ərzində Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) 219,269 min müraciət göndəriblər ki, bu da 2009-cu ilin göstəricisindən 3,45 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan bildirilib.

“2010-cu il ərzində MKR-ə 257,045 min müraciət daxil olub. Banklardan Mərkəzə 219,269 min müraciət daxil olub ki, bu da 2009-cu ilin göstəricisindən 3,45 dəfə çoxdur”, - deyə bank nümayəndəsi bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə reyestrin məlumatından 42 bank istifadə edib, halbuki 2009-cu ildə bu göstərici 38 olub. 2011-ci ilin 1 yanvar tarixinə MKR-də 962,546 min borcgötürən və 1 mln. 883,260 min kredit haqqında məlumatı var. 2009-cu ilin sonuna olan göstəricilərlə müqayisədə onlar müvafiq olaraq 36,7% və 42,4% artıblar.

Cari ilin əvvəlinə reyestrdə kreditlər üzrə qrantlar haqqında 434,593 min məlumat var.

Mərkəzləşdirilmiş Kredit Reyestri Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. MKR-in əsas məqsədi bankları cari və potensial borcalanları haqqında daha etibarlı məlumatlarla təmin etmək, kredit risklərini tənzimləmək, borcalanları bazar intizamına təşviq etməkdir.

MKR ötən ilin sentyabrından yeni formatda fəaliyyətə başlayıb. Banklardan məlumatların bu reyestrə verilməsinin avtomatlaşdırılması prosesi artıq başa çatıb ki, bu da reyestr istifadəçilərinin sayının artmasına gətirib çıxarıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar