Banklar borclarını qaytara bilmir
22 Yanvar 2010 Cümə 11:15
Azərbaycan bankları isə bir il ərzində 1,2 milyard dollar borc ödəyib
“Standart end poors” beynəlxalq reytinq agentliyinin hesabatında Qazaxıstan, Rusiya və Ukraynanın bank kreditorlarına qaytarılan borcların aşağı olduğu bildirilib.
Beynəlxalq qurumdan həmçinin bildiriblər ki, bu sahədə dövlət dəstəyi olsa, problem qısa müddətdə aradan qalxa bilər. Azərbaycan bankları isə bir il ərzində 1,2 milyard dollar borc ödəyib.

Agentliyin hazırladığı hesabata görə, Qazaxıstan, Rusiya və Ukrayna bank kreditorlarına borc qaytarmasının tarixi aşağı səviyyəsinə baxmayaraq, dövlətin dəstəyi ilə vəziyyət yaxşılaşa bilər.

Beynəlxalq qurumun hesatına görə, kreditorların defoltlu banklardan borclarını almasına mane olan və bu prosesi uzadan bir sıra amillər qeyd edilir. Bundan başqa, agentlik analitiklərinin proqnozuna əsasən, borcların qaytarılması məhdud və gözlənilməz ola bilər. Bu, bank nəzarətinin məhdudluğu, iflas haqda qanunvericiliyin seçkili xarakteri, Qazaxıstan, Rusiya, Ukrayna banklarının yenidən strukturlaşdırılması ilə bağlı problemlərlə xeyli dərəcədə əlaqədardır. Hər üç dövlətin defotlu banklarında orta qaytarma səviyyəsi resessiya müddətində 40 faizdən aşağı olacaq.

2010-2011-ci illərdə həmin ölkələrin əlverişsiz iqtisadi mühitin saxlanılması ehtimalı ilə borcların qaytarılması səviyyəsi azala bilər. Bütün sadalananlar, eləcə də bank sistemlərinin struktur zəifliyi, iflas rejiminin seçimli xarakteri və korporativ idarəçiliyin zəifliyi defoltlu bankların borclarının az bir hissəsini qaytara bilməsi ilə nəticələnə bilər.

Azərbaycan Mərkəzi Bankından isə bildiriblər ki, 2009-cu ildə yerli banklar xarici borclar üzrə 1,2 milyard dollar ödəyiblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar