"Bank Standard"ın gəlirləri azalıb
23 İyul 2010 Cümə 11:30
Bu ilin birinci yarısında Bank Standardın aktivləri 9,7 faiz artıb.
"Bank Standard" birinci yarımilin yekunlarına görə vergilər ödənildikdən sonra 2,4 milyon manat xalis gəlir əldə edib. Bu da ötən il qeydə alınmış göstəricidən 3,6 dəfə azdır. Gəlirlər 8,8 faiz azalaraq, 36,17 milyon manat bərabər olub. Xərclər 5,1 faiz artaraq, 33,77 milyon manat olub.

Bu ilin birinci yarısında aktivlər 9,7 faiz artaraq, 571,95 milyon manata çatıb. Hesabat dövrü ərzində kreditləşmə 1 faiz artaraq, 374,12 milyon manat təşkil edib.

Bankın ümumi öhdəlikləri 436,49 milyon manatdan 485,49 milyon manatadək artıb. Depozit portfeli 39,6 faiz genişlənərək, 234,18 milyon manat təşkil edib. O cümlədən, müddətli depozitlər 55,7 faiz artaraq, 196,79 milyon manat təşkil edib.

Balans kapitalı 86,46 milyon manata çatıb, birgə kapital isə 73,57 milyon manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 16,1 faiz artaraq, 75 milyon manat təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar