"Bank Standard"ın 2 saylı şöbəsinin lisenziyası ləğv edildi
15 Mart 2010 Bazar Ertəsi 18:10
"Nərgiz" ticarət mərkəzində yerləşən şöbənin bağlanması bankın öz təşəbbüsü ilə olub
Mərkəzi Bank "Bank Standard" Qapalı Səhmdar Cəmiyyətinin "Nərgiz" ticarət mərkəzində yerləşən 2 saylı şöbəsinin lisenziyasını ləğv edib. Bankdan verilən məlumata görə, şöbənin bağlanması bankın öz təşəbbüsü ilə olub və məqsəd filial şəbəkəsini optimallaşdırmaqdır.

Qeyd edək ki, şöbə 2007-ci ilin oktyabrından fəaliyyət göstərirdi.

Başqa banklar da filial şəbəkəsini optimallaşdırır. Belə ki, paytaxtda "Kapital Bank"ın 2 saylı filialı Q.Abbasov. 13, "Texnikabank"ın "Kapital" filialı Ə.Əlizadə. 2, 791-ci məhəllə, "Dekabank"ın "Xəzər" filialı M.Müşfiq. 14, “Dekabank”ın Bərdə filialı Nizami. 71 ünvanına köçüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar