Bank Standard daha bir yenilik edib
10 Oktyabr 2012 Çərşənbə 17:01
Bank Standard plastik kart sahibləri “Qatar Airways” şirkətinin biletlərini endirimlə əldə edə biləcək.
“Bank Standard” və “Qatar Airways” şirkəti yeni müştərək aksiyaya başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu aksiya çərçivəsində “Bank Standard”ın buraxdığı kartların sahibləri “Qatar Airways” aviaşirkətinin əksər hərəkət marşurutlarına satılan biletlərin qiymətlərində - biznes-klass üçün 15%, ekonom-klass üçün isə 10% güzəşt əldə edəcəklər.
Cari ilin dekabr ayının 30-dək qüvvədə olan akisya bu ilin 9 oktyabrından 2013-cü ilin 13 aprel tarixindək həyata keçiriləcək uçuşları əhatə edir. Bu zaman dekabrın 14-dən gələn ilin 20 yanvar tarixləri arası uçuşlar istisna təşkil edir. Güzəştlər tutulan vergilərə şamil olunmur.
Müştəri www.qatarairways.com/az-bank01 saytı vasitəsilə aksiya haqda həm əlavə məlumat ala, həm də aksiyadan yararlanmaq üçün kartı vasitəsilə ödəniş həyata keçirə bilər. Qiymətlərdə endirim avtomatik olaraq müştəriyə təqdim olunacaq.
“Bank Standard”ın yeni tərəfdaşı olan “Qatar Airways” müştərilərə 5 ulduz səviyyəli xidmət göstərən və dünya üzrə 100-dən artıq istiqamətdə uçuşlar həyata keçirən dinamik inkişafda olan bir aviaşirkətdir. “Qatar Airways” Britaniyanın “Skytrax” şirkəti tərəfindən dünyanın ən yaxşı aviaşirəti adına layiq görülüb.
DOSTLARINLA PAYLAŞ: