Bank Standard daha bir ödəniş sisteminə qoşuldu
28 İyul 2010 Çərşənbə 11:30
Bank Standard “WebMoney Transfer”in Azərbaycanda rəsmi tərəfdaşı oldu.
“Bank Standard” müştərilərinə internetdə maliyyə hesablaşmalarının olduqca rahat və əlverişli üsulu olan “WebMoney Transfer” elektron ödəniş sistemini təqdim edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu sistem maksimal hesablaşma sürətini, pul vəsaitlərinin yüksək təhlükəsizliyini və toxunulmazlığını təmin edir.
Hazırda “WebMoney Transfer” sisteminin əhatə etdiyi 10 milyondan artıq istifadəçi www.megastock.ru və www.plati.ru saytlarında toplanmış 15 mindən artıq internet mağazalarında ödəniş funksiyasından istifadə edirlər. Eyni zamanda sistem internetdə şəxsi biznes qurub ödənişləri qəbul etməyə imkan verir.
“WebMoney Transfer” sistemi vasitəsilə internetdə aparılan ödəniş prosesi plastik kartlarla müqayisədə daha rahat və əlverişlidir. Sistemin mühüm üstünlüklərindən kartı sifariş etməyə, bank hesabını açmağa və ya ödəniş apararkən öz şəxsi məlumatlarını açıqlamağa ehtiyacın olmamasıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: