Bank Standard Caspian Money Transfer təcili pul köçürmə sisteminə qoşuldu
24 May 2010 Bazar Ertəsi 15:00
Bank Standard “Caspian Money Transfer” sistemini müştərilərinə təqdim etməyə başlayıb.
“Bank Standard” daha bir təcili pul köçürmə sistemini öz müştərilərinə təqdim etməyə başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Caspian Money Transfer” sistemi MDB məkanı, Baltikyanı dövlətlər, habelə Böyük Britaniya, İtaliya, İspaniya, Çexiya, Türkiyə, Yunanıstan və Çini əhatə edir.

Adıçəkilən sistem üzrə pul köçürmələri manat, ABŞ dolları, avro və rus rublunda həyata keçirilir. Sistemin üstünlükləri arasında əməliyyatın sürəti, geniş əhatə dairəsi, köçürmənin təhlükəsizliyi və göndərilən məbləğin sadəcə 1,5 faizini təşkil edən əlverişli komisyon haqqı qeyd oluna bilər. “Caspian Money Transfer” sistemindən bankın bütün xidmət nöqtələrində faydalanmaq mümkündür.

Beləliklə, “Bank Standard”da tətbiq olunan təcili pul köçürmə sistemlərinin ümumi sayı 10-a çatıb. Xatırladaq ki, “Caspian Money Transfer” sistemindən başqa, bankda “Western Union”, “Bıstraya Poçta”, “Contact”, “Migom”, “Xpress Money”, “Lider”, “Faster”, “Zolotaya Korona” və “Privat Money” sistemləri üzrə pul köçürmə xidməti göstərilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar