Bank Standard "cash-in" tipli bankomatları quraşdırır
21 Aprel 2011 Cümə Axşamı 16:33
"Bank Standard kart sahibləri öz hesablarını birbaşa bu cihazların vasitəsilə artıra biləcək.
“Bank Standard” “cash-in” tipli bankomatları quraşdırmağa başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, artıq bankın nəğd vəsait qəbulu funksiyası olan bankomatları sayəsində kart sahibləri öz hesablarını birbaşa bu cihazların vasitəsilə artıra biləcəklər.
Belə tip bankomatlar müştərilərə banka müraciət etmədən bir çox bank əməliyyatlarını keçirməyə imkan verən mini-ofis kimi səciyyələndirilə bilər. Vəsaitlər kart hesabına dərhal, real vaxt rejimində köçürüləcək. Nəğd pulun qəbulu funksiyası olan bu bankomatlardan biri artıq “Bank Standard”ın Azərbaycan prospektində yerləşən mərkəzi filialında yerləşdirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: