Bank Respublika bayramda da işləyəcək
29 Dekabr 2010 Çərşənbə 11:50
Bankın “Ofis24” filialı bayram günlərində bank xidməti göstərəcək
Müştərilərə 24 saat xidmət göstərən Azərbaycanın ilk və yeganə bank məntəqəsi olaraq “Bank Respublika”nın “Ofis24” filialı 31 dekabr, 1, 2, 3 və 4 yanvar 2011-ci il tarixlərində də müştərilər üçün açıq olacaq. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bayramda müştərilər, iş günlərini gözləmədən, 9 müxtəlif sistem – “Western Union”, “Bıstraya Poçta”, “Coinstar”, “Contact”, “PrivatMoney”, “Xpress Money”, “Blizko”, “Allur” və “Zolotaya Korona” vasitəsilə pul göndərmək və ya almaq, plastik karta mədaxil etmək, kredit üzrə borcu ödəmək, cari hesab üzrə əməliyyat aparmaq, valyuta mübadiləsi məntəqəsindən istifadə etmək, əmanət hesabı açmaq, mobil rabitə və ya kommunal ödənişləri aparmaq və digər xidmətlərdən faydalana bilərlər.

Bakı şəhəri, Neftçilər pr. 67 ünvanında yerləşən “Ofis24” həftənin bütün günləri 24 saat fasiləsiz müştərilərə xidmət göstərir.

Bununla yanaşı, 4 yanvar 2011-ci il tarixində “Bank Respublika”nın Əhmədli, Neftçilər, Masallı, Xaçmaz, Bərdə, Şəmkir və Gəncə filialları müştərilərə saat 10:00-dan 15:00-dək xidmət göstərəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar