“Bank Respublika” zərərə işləyir?
30 Oktyabr 2009 Cümə 17:20
9 ay ərzində “Bank Respublika” bankının aktivləri 6% azalıb
"Bank Respublika" ASC-nin aktivləri bu ilin yanvar-sentyabrında 6% azalaraq 364,5 milyon manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 7,5% azalaraq 240,95 milyon manat təşkil edib.

Bankın ümumi öhdəlikləri 311,46 milyon manata enib. Depozit portfeli 10,4% genişlənərək 149,9 milyon manat təşkil edib. Müddətli müştəri əmanətləri 15,3% artaraq 108,04 milyon manata çatıb.

Balans kapitalı 45% artaraq 53 milyon manatı keçib, məcmu kapital 30% artaraq 56,2 milyon manata yüksəlib. Ödənilmiş nizamnamə fondu 22,6 milyon manat səviyyəsində qalıb.

Bankın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% azalaraq 43,2 milyon manat olub. Xərclərisə 11,4% artaraq 34,9 milyon manata çatıb. Vergi ödənilənə qədər xalis mənfəət 32,6% azalaraq 8,3 milyon manat təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar