Bank Respublika-nın əməkdaşları mükafatlandırıldı
19 İyul 2010 Bazar Ertəsi 15:45
Bankın əməkdaşları “Blizko ilə birgə” aksiyasının qalibləri olub.
Bank Respublika-nın Masallı filialının və Gəncə şöbəsinin əməkdaşları Blizko sistemi üzrə pul köçürmə xidmətləri göstərən məntəqələrinin əməliyyatçıları arasında bu gün keçirilən “Blizko ilə birgə” aksiyasının qalibləri oldu. Bu barədə Bank Respublika-nın mətbuat xidmətindən ANS PRESS-ə məlumat verilib. Aksiya 2010-cu ilin aprel-iyun aylarında Blizko sistemi üzrə aparılan əməliyyatların sayına görə sistemin ən aktiv iştirakçının seçilməsi məqsədilə keçirilib.

Aksiyanın yekunlarına əsasən, Bank Respublika-nın 2 əməkdaşı hər biri 200-dən artıq tranzaksiya edərək sistemin ən aktiv operatorları seçilib. Masallı filialının aparıcı mütəxəssisi Bəhruz Babayev və Gəncə şöbəsinin aparıcı mütəxəssisi Maisə Katibova kampaniyanın keçirildiyi dövr ərzində ən çox əməliyyat edərək Blizko sistemindən hədiyyələrə sahibi olublar.

Blizko təcili pul köçürmələri sistemi Rusiyanın “Svyaz Bank”-ı tərəfindən təsis olunub və 6 000 məntəqəyə malikdir. Köçürmələr rus rublu, ABŞ dolları və Avro məzənnəsilə aparmaq mümkündür.

Bu gün Bank Respublika Western Union, Coinstar, Contact, PrivatMoney, Bıstraya poçta, Blizko, Xpress Money, Allür və Zolotaya Korona pul köçürmə sistemləri vasitəsi ilə əhaliyə təcili pul köçürmə xidmətləri göstərir. Pul köçürmələri 1 - 15 dəqiqə ərzində həyata keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar