Bank Respublika 18 illiyini qeyd edib
22 May 2010 Şənbə 16:10
Bankın məcmu kapitalı 49,1 milyon, aktivləri isə 321,97 milyon manata çatıb.
Bu gün “Bank Respublika” Azərbaycanın maliyyə xidmətləri bazarında 18 illik fəaliyyətini qeyd edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bankın maliyyə göstəricilərinin dinamik artımı və qabaqcıl mövqeyi xarici səhmdarların cəlb olunması ilə nəticələnib.

Maliyyə göstəriciləri ilə yanaşı, “Bank Respublika”nın etibarlılığı və stabilliyi “Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi tərəfindən təsdiq edilib.

“Bank Respublika”nın fəaliyyətinin əsas istiqamətlərindən biri istehlakçıya keyfiyyətli və sərfəli bank məhsulu və xidməti təklif etməkdir. Ölkədə nağdsız ödənişlər sisteminin inkişaf etdirilməsi üçün “Bank Respublika” ilk dəfə olaraq “MasterCard” və “VISA” plastik kartlarını müştərilərə pulsuz və illik xidmət haqqı olmadan vermiş və onlar üzrə distant xidmətlər təklif etməyə başlayıb.

Hazırda “Bank Respublika” müştərilərə müxtəlif bank xidmətləri göstərir. 2010-cu il mayın 1-nə bankın məcmu kapitalı 49,1 milyon manatı üstələyib, aktivləri isə 321,97 milyon manata çatıb.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar