Bank of Baku yeni filialı açıldı
11 Noyabr 2010 Cümə Axşamı 18:25
Bank of Baku "28 May" filialı Bakının mərkəzində, Caz mərkəzinin yaxınlığında yerləşir.
Bu gün “Bank of Baku” ASC-nin yeni “28 May” filialı fəaliyyətə başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bank müntəzəm olaraq təqdim olunan xidmətlərin səviyyəsini artırmağa çalışır. Qeyd edək ki, “Bank of Baku”nun yeni filialı Bakının mərkəzində, R.Behbudov, 17, ünvanında (Caz mərkəzinin yaxınlığında) yerləşir. “Bank of Baku”nun yeni filialının paytaxtın ən gediş-gəlişli küçələrinin birində yerləşməsi onu əhali üçün, xüsusilə, həmin ərazidə yaşayan müştərilər üçün daha da əlçatan və rahat edir.
“28 May” filialı fiziki və hüquqi şəxslərə geniş çeşidli bank məhsul və xidmətlərini təklif edir:
- Hesabların açılması
- Depozitlərin qəbul edilməsi
-İstehlak kreditlərinin verilməsi
- Kommunal ödənişlər
- Azercell, Bakcell, Nar Mobile danışıqları üzrə ödənişlərin qəbul edilməsi
- Təcili pul köçürmələri
- Plastik kartların sifariş edilməsi və verilməsi
- Mübadilə əməliyyatları
- Növbəsiz ödəniş köşkləri (Cash-in)
Qeyd edək ki, “Bank of Baku”nun strateji məqsədlərindən biri xidmət məntəqələrinin artırılması vasitəsilə filial şəbəkəsinin genişləndirilməsidir və bankın yeni filialının açılması bu sahədə növbəti inkişaf mərhələlərindən biridir. Bu gün “Bank of Baku”nun artıq 10 filialı və bir elektron şöbəsi paytaxtda, 5 filialı isə regionlarda əhaliyə peşəkar bank xidmətlərini təqdim edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: