Bank of Baku tibb işçilərinə bayram hədiyyəsi
17 İyun 2011 Cümə 17:20
Bank of Baku bütün tibb işçilərinə istehlak və pul kreditlərində 2 faiz endirim elan edib.
“Bank of Baku” 17 İyun - Azərbaycan tibb işçilərinin peşə bayramı münasibət ilə səhiyyə sahəsində çalışan bütün əməkdaşları təbrik edir və yeni aksiyaya start verir! Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu əlamətdar gün ilə əlaqədar bank bütün tibb işçilərinə istehlak və pul kreditlərində 2 faiz endirim elan edir. İndi səhiyyə sahəsində çalışan hər kəs bankın “Tibb işçiləri üçün layihə”si çərçivəsində bayram endirimlərindən faydalana bilər.

Kampaniya 17 iyun – 17 iyul tarixlərində gerçəkləşəcək.

Xatırladaq ki, “Bank of Baku”da tibb işçiləri üçün 5 000 manata qədər pul krediti ayrılır. Eyni zamanda, qeyd edək ki, kreditin maksimal məbləği müştərinin bankda olan kredit tarixçəsindən və vəzifəsindən asılı olaraq ekspertin təhlili əsasında müəyyən olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar