Bank Of Baku-nun 4-cü Nümunəvi Müştərisi məlum oldu
10 Dekabr 2010 Cümə 16:30
Növbəti qalib bankdan 1000 manat pul qazanıb
“Bank of Baku” ASC “Nümunəvi Müştəri” adlı həvəsləndirici kampaniyasının dördüncü uduşunu keçirib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda “Bank of Baku”da uduş gününədək aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik 57 100 müştərinin xüsusi identifikasiya kodu iştirak edib.
“Bank of Baku”dan 1000 manatı qazanan Nümunəvi Müştəri Saray qəsəbəsindəki 1 saylı orta məktəbində riyaziyyat müəlliməsi Dürdanə Novruzova olub.
Əsas qalib Novruzova D.F. ilə yanaşı, bank 200 manat qazanan digər 5 qalib-müştərisini də müəyyən etdi: 1) Nəbiyeva S.X., 2) Vəliyev Q.M., 3) Mirzəfərov T.M., 4) Məmmədova B.Y., 5) Məmmədov Ş.M.
Qeyd edək ki, “Nümunəvi Müştəri” kampaniyası 5 avqust 2010 – 5 avqust 2011-ci il tarixləri arasında keçirilir. Kampaniyanın uduşları hər ayın ilk həftəsinin son iş gününə təsadüf edəcək. “Nümunəvi Müştəri” kampaniyası müştərilərin kredit üzrə borclarını vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici bir aksiyadır. Kampaniya başlanandan bankın artıq 4 Nümunəvi Müştərisinin hər biri 1000 manat, 20 müştərinin hərəsi isə “Bank of Baku”dan 200 manat məbləğində pul mükafaı qazanıb. Uuduş fondunun ümumi məbləği 24 000 AZN təşkil edir.
DOSTLARINLA PAYLAŞ: