Bank of Baku 700 000-ci istehlak kreditini rəsmiləşdirib
11 Yanvar 2012 Çərşənbə 20:18
Məişət texnikasının alışı üçün müraciət edən müştəri simvolik olaraq illik 1 faiz ödəyəcək.
“Bank of Baku” 700 000-ci istehlak kreditini rəsmiləşdirib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 700 000-ci kredit “Bank of Baku”nun “Xırdalan” filialına müraciət edən Ələkbərov Hüseyn Əlihüseyn oğluna verilib. Müştəri H.Ələkbərova məişət texnikasının alışı üçün 930 manat məbləğində 24 ay müddətinə komissiya ödənilmədən simvolik olaraq - illik 1 faiz dərəcəsi ilə kredit ayrılıb.
Bundan əlavə, faydalı kreditlə bərabər “Bank of Baku”nun qalib müştərisinə daha bir hədiyyə - “Master Card Gold” plastik kartı təqdim olunub.
Qeyd edək ki, hazırda Azərbaycan üzrə “Bank of Baku”nun 18 filialı fəaliyyət göstərir.
DOSTLARINLA PAYLAŞ: