Bank of Baku bayramda da işləyəcək
04 Noyabr 2011 Cümə 18:32
Bank of Baku qeyri-iş günlərində əhaliyə xidmət göstərəcək.
“Bank of Baku” Azərbaycan xalqını qarşıdan gələn Müqəddəs Qurban bayramı və Bayraq bayramı münasibəti ilə təbrik edir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bank bu bayramlarla əlaqədar elan olunan qeyri iş günlərində əhaliyə xidmət göstərməkdə davam edəcək.

Beləliklə, 7, 8 və 9 noyabr tarixlərində bankın Xəqani, 2/Mərdanov qardaşları, 8, ünvanında yerləşən “Xəqani” filialında quraşdırılan Cash-in ödəniş terminalları vasitəsilə səhər saat 9:00-dan axşam saat 19:00-dək ödənişlərin qəbul edilməsi təşkil olunacaq. Müştərilərin rahatlığını təmin etmək və vaxtına qənaət etmək məqsədilə “Bank of Baku”nun Cash-in ödəniş terminalları vasitəsilə hər hansı bir ödənişi bir neçə dəqiqə ərzində həyata keçirmək mümkündür. Hazırda Cash-in ödəniş köşkləri əhaliyə istehlak kreditləri, “İdeal” və “Bolkart” kartları üzrə ödənişlər, AvirTel İnternet xidmətinin ödənilməsi, həmçinin cari hesabların artırılması sahəsində xidmət göstərir.

Həmin tarixlərdə ödənişləri Ş.Bədəlbəyli küç., 96 ünvanında yerləşən “World Telecom” mağazasında da quraşdırılan ödəniş terminalı vasitəsilə etmək mümkündür (saat 10:00-dan 19:00-dək).

Bundan əlavə, ödənişləri həmçinin 6-9 noyabr tarixlərində “Park Bulvar” Ticarət mərkəzində (saat 10:00-dan 01:00-dək), A.Neymətulla küç., 42, Hüseynbala Əliyev küç., 9 və M.Rəsulzadə küç., 5 ünvanlarındakı “İdeal” mağazalarında yerləşən Cash-in köşkləri vasitəsilə (saat 10:00-dan 22:00-dək) və 24/7 rejimində Bank of Baku-nun Atatürk pr., 42, ünvanında fəaliyyət göstərən Baş İdarəsinin, bankın “Mərdəkan” və “Xırdalan” filiallarının önündə quraşdırılan ödəniş terminalları vasitəsilə də həyata keçirmək olar.

Əlavə olaraq, kredit üzrə ödənişləri telefon vasitəsilə və onlayn rejimdə aparmaq olar. Beləliklə, artıq 1 ildən artıqdır ki, “Bank of Baku”da Azərbaycan bank bazarında analoqu olmayan “Telefon Bankçılıq - 145” növbəsiz ödənişlər xətti müştərilərin xidmətindədir. Xidmət vasitəsilə müştərilər banka gəlmədən ölkənin istənilən yerindən istənilən vaxt kredit ödənişlərini istənilən telefonla həyata keçirə və hesabları barədə məlumat ala bilərlər. Bunun üçün isə sadəcə istənilən telefon (mobil və ya şəhər), “Bank of Baku”nun təqdim etdiyi müştəri kodu (müştəri kodu kreditin ödənişi zamanı bankın eksperti tərəfindən müştəriyə verilir) və istənilən plastik kart sahibi olmaq kifayətdir.
Onlayn ödənişləri isə İnternet vasitəsilə https://www.e-bankofbaku.com/creditpayment.jsp Onlayn Kredit Ödənişi İnternet səhifəsinə daxil olub həyata keçirmək olar.

Qeyd edək ki, bayram günlərində aparılan bütün əməliyyatlar (Cash-in ödənişləri daxil olmaqla) 10.11.2011-ci il tarixli əməliyyat günü ilə bank proqramında əks olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar