“Bank of Baku” bayramda da fəaliyyət göstərəcək
19 Mart 2010 Cümə 12:25
Bank of Baku Novruz bayramı münasibəti ilə qeyri-iş günlərində də müştərilərə xidmət göstərəcək.
“Bank of Baku” ASC Novruz bayramı münasibəti ilə qeyri-iş günlərində də xidmət göstərəcək. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin mart ayının 23-27-də bankın Xəqani, 2/Mərdanov qardaşları 8 ünvanında yerləşən “Xəqani” elektron şöbəsi çərşənbə axşamı-cümə günləri saat 09:00-dan 21:00-dək, şənbə günü isə saat 10:00-dan 18:00-dək müştərilərə xidmət göstərəcək.
“Bank of Baku”nun “Xəqani” şöbəsində “Cash-in” ödəniş köşkləri vasitəsi ilə istənilən ödənişi bir neçə dəqiqə ərzində həyata keçirmək mümkündür. Hazırda həmin şöbədə fəaliyyət göstərən “Cash-in” ödəniş köşkləri əhaliyə istehlak kreditləri və cari hesabların artırılması üzrə xidmət göstərir.
Bununla yanaşı, bayram günlərində avto kreditlərin rəsmiləşdirilməsini həyata keçirmək üçün “Bank of Baku”nun Z.Bunyadov prospekti 18, ünvanında yerləşən “Otoplaza” filialı martın 23-26-da tam və martın 27-də yarım iş günü fəaliyyət göstərəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: