"Bank of Azerbaijan" nizamnamə kapitalını artırıb
14 Fevral 2011 Bazar Ertəsi 18:12
Bankın kapitallaşması 23,5 milyon manata çatıb
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank of Azerbaijan" ASC-nin nizamnamə kapitalını 23,5 milyon manatadək çatdırılması barəsində banka rəsmi arayış göndərib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, beləliklə, QKDK tərəfindən banka göndərilən emissiyanın yekunları və hesabatın qeydiyyatı haqqında arayışda bank tərəfindən yerləşdirilmiş qiymətli kağızların ümumi dəyərinin rəsmi olaraq 23,5 milyon manatadək çatdırıldığı göstərilib.

Nizamnamə kapitalının artırılması bir daha təsdiqləyir ki, bank öz sabit inkişafını davam etdirir və etibarlı banklar sırasında olduğunu, həmcinin gələcək inkişaf planlarının davam etdirilməsi üçün lazımı təməli yaradır.

Qeyd edək ki, bankın inkişaf planına əsasən 2010-cı ildə Sumqayıt, Gəncə və Yevlax şəhərlərində yeni filiallar açılıb və hazırda bankın 16 filialı fəaliyyət göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar