"Bank of Azerbaijan"ın fəaliyyətində məhdudiyyətlər yaranıb
05 Mart 2010 Cümə 18:35
Alim Quliyev: “Kommersiya bankındakı problemlər daxili idarə sistemi ilə bağlı olub”
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bank of Azerbaijan"ın fəaliyyətində məhdudiyyətlər yaranması barədə son vaxtlar mətbuatda geniş yayılan informasiyanı qismən təsdiq edib. AMB sədrinin birinci müavini Alim Quliyev bildirib ki, kommersiya bankındakı problemlər daxili idarə sistemi ilə bağlı olub.

Onun sözlərinə görə, son vaxtlar bank ziyanla işləyirdi, ona görə kapital itirib. “İndi bankın rəhbərliyi dəyişib. Yeni komanda bankın fəaliyyətini yaxşılaşdırmaq üçün çalışır"",-deyə o bildirib.

Qeyd edək ki, son yarım ildə bank Bakıda özünün 3 şöbəsini bağlayıb - Nərimanov, Xətai şöbələri və 4 saylı filial. 1993-cü ilin dekabrında təsis edildikdən sonra bank dəfələrlə adını və sahiblərini dəyişib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar