Bank of Azerbaijan Gəncədə yeni filialını açıb
24 Yanvar 2011 Bazar Ertəsi 12:30
Bu il Bank of Azerbaijan 4 yeni filial və 4 yeni şöbə açmayı planlaşdırır.
“Bank of Azerbaijan” filial şəbəkəsinin optimallaşdırılması siyasətini davam etdirir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bankın Gəncə şəhəri, Atatürk prospekti, 261 ünvanında yerləşən filialı fəaliyətə başlayıb.

"Gəncə" filialı müştərilər üçün olduqca rahat yerdə yerləşir. Yeni filial regionun əhalisinə əmanətlər, müxtəlif növ kreditlər, hesablaşma-kassa və valyuta dəyişmə əməliyyatları, plastik kartlarla əməliyyatlar, təcili pul köçürmələri kimi bütün növ bank məhsulları və xidmətlərindən faydalanmağı təklif edir.

Ümumiyyətlə, əhalinin rahatlığı naminə çalışan “Bank of Azerbaijan”, gələcəkdə də əhalinin sıx yerləşdiyi yerlərdə öz filiallarının açılışını davam etdirəcək. 2011-cı ildə bankın Azərbaycanın ayrı - ayrı reqionlarında 4 yeni filial və 4 yeni şöbəsinin açılması planlaşdırılır.

Qeyd edək ki, bankın uzunmüddətli inkişaf strategiyasında filial şəbəkəsinin genişləndirilməsi, mühüm istiqamətlərdən birini təşkil edir. Hazırda bankın 16 filialı ("Gəncə" filialı daxil olmaqla) və 1 şöbəsi fəaliyyət göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar