“Bank of Azerbaijan” əmanətlərin qeydə alınmamasını təkzib etdi
23 Fevral 2010 Çərşənbə Axşamı 12:25
"Bankın filiallarında qəbul olunan əmanətlərin qeydə alınmaması barədə məlumatlar həqiqətə uyğun deyil"
"Son zamanlar bəzi kütləvi informasiya vasitələrində “Bank of Azerbaijan”nın filiallarında qəbul olunan əmanətlərin qeydə alınmaması barədə yayılan məlumatlar yanlışdır". Bankın mətbuat xidmətindən ANS PRESS-ə daxil olan bəyanatda belə deyilir. Məlumatda qeyd olunub ki, bank ictimaiyyətin, o cümlədən müştərilərinin nəzərinə çatdırmaq istəyir ki, bu məlumatların heç bir əsası yoxdur və onlar həqiqətə uyğun deyil.

Bəyanatın mətnini olduğu kimi təqdim edirik:

"“Bank of Azerbaijan”ın baş ofisində, paytaxtda və ölkəmizin regionlarında fəaliyyət göstərən 13 filialında qəbul olunan bütün əmanətlər və verilən kreditlər qeydə alınır və Azərbaycan Mərkəzi Bankı bu barədə məlumatlıdır.

“Bank of Azerbaijan” hazırda dinamik inkişaf mərhələsindədir və fəaliyyətinin bütün sahələri üzrə böyük islahatlar aparır. Bankın filial şəbəkəsi optimallaşdırılır, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində işlər görülür, yeni məhsullar bazara təqdim olunur. Bu dəyişikliklərin tərkib hissəsi olaraq bu yaxınlarda bankdakı kredit faizləri və müvafiq olaraq əmanətlər üzrə faiz dərəcələri azaldılıb. Bu dəyişikliklər bəzi KİV orqanları tərəfindən yanlış istiqamətə yozulub və bankın filiallarında qəbul olunan əmanətlərin qeyda alınmaması kimi yanlış məlumatların yayılmasına səbəb olub.

Qeyd edək ki, hal-hazırda "Bank of Azerbaijan" əhaliyə geniş spektrdə xidmətlər göstərir. 2009-cu ildə bank yüksək nailiyyətlər əldə edib. Belə ki, bank aktivlərinin ümumi həcmi 34 faiz artaraq, 146 milyon manatdan artıq təşkil edib". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar