“Bank of Azerbaijan”dan yeni kampaniya
14 Noyabr 2010 Bazar 12:05
Bank of Azerbaijan yeni "KIA" minik avtomobillərinin kreditləşdirmə kampaniyasına başlayıb.
"Bank of Azerbaijan" ASC yeni "KIA" minik avtomobillərinin kreditləşdirmə kampaniyasına başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu kreditlər üzrə faiz dərəcələri 17 faizdən başlayır.
Yeni şərtlərə əsasən kreditin maksimal məbləği 35 min manat təşkil edib, minimal ilkin ödəniş məbləği avtomobilin dəyərinin 25 faizədək ola bilər. "Bank of Azerbaijan"ın avtokreditləri üzrə faiz dərəcələri kredit müddətindən asılı olaraq 17 faizdən başlayır. Kreditin müddəti yeni şərtlərə əsasən 36 aya qədər ola bilər.
Qeyd edək ki, "Bank of Azerbaijan" ASC ümümi avtokreditləşmə şərtlərini optimallaşdırmaqla onları daha əlverişli edib. Avtokreditləşmə proqramı, demək olar ki, ölkədə rəsmi təmsil olunan bütün avtomobil marka və modellərini əhatə edir. Proqram çərçivəsində yalnız yeni avtomobilləri əldə etmək olar. İstifadə olunmuş avtomobillərin kreditləşdirilməsi fərdi şəkildə həyata keçirilir.
"Bank of Azerbaijan "da avtomobillərin kreditləşdirilməsi Bakı və reqional filiallar vasitəsi ilə həyata keçirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: