Bank of Azerbaijan “Contact”a qoşuldu
07 Sentyabr 2011 Çərşənbə 16:43
Bank of Azerbaijan daha bir təcili pul köçürmələri sistemi ilə əməkdaşlıq edəcək.
“Bank of Azerbaijan” bu aydan etibarən "Contact" təcili pul köçürmələri sisteminə qoşulub. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Contact” sistemi vasitəsilə müştərilər MDB, Baltikyanı ölkələrə, Gürcüstan, ABŞ, Böyük Britaniya və digər ölkələrə 5 dəqiqə ərzində pul köçürmələri həyata keçirə biləcəklər.
Köçürmələri ABŞ dolları və Rusiya rublu vasitəsilə həyata keçirmək mümkündür. Sistemin əsas üstünlüklərindən biri də əməliyyatların sürətli, təhlükəsiz həyata keçirilməsi və geniş əhatə dairəsinə malik olmasıdır və ən əsası minimal komissiyaya xarici ölkələrə pul köçürmələri həyata keçirilməsidir.
Qeyd edək ki, “Bank of Azerbaijan” ASC “Contact” sistemi ilə yanaşı, hazırda “Western Union” və “Zolotaya Korona” sistemləri üzrə təcili pul köçürmə xidmətlərini təklif edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: