Bank of Azerbaijan bayram günləri də işləyəcək
19 Mart 2011 Şənbə 20:15
Bank Novruz Bayramında da müştərilərə xidmət göstərəcək
“Bank of Azerbaijan” Novruz Bayramı günlərində də müştərilərə bank xidməti göstərəcək. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müştərilərə bankın 18 saylı "Gənclik", "Sumqayıt" və həmcinin "Gəncə" filialları vasitəsi ilə 19, 22, 23, 24, 25, 26 və 27 mart tarixlərində fəaliyyətdə olacaq.
Bayramda müştərilər iş günlərini gözləmədən “Western Union” və “Zolotaya Korona” vasitəsilə pul göndərə və ya ala, mobil rabitə və ya kommunal ödənişləri apara, valyuta mübadiləsi xidmətindən istifadə, kredit üzrə borcun ödənilməsi və digər xidmətlərdən istifadə edə bilərlər.
Bakı şəhəri, F.Xoyski küç 2A ünvanında yerləşən 18 saylı "Gənclik" filialı martın 19 saat 12:00-21:00 - dək, mart ayının 22-dən 27-dək saat 11:00-21:00-dək müştərilərə fasiləsiz xidmət göstərəcək. O cümlədən bayram günləri "Bank Of Azerbaijan" ASC-nın aşağıda göstərilən reqional filialları və həmcinin 2 saylı şöbələsidə də müştərilərə xidmət göstərəcək.
Bakı şöbələri:
22–26 mart – 2 saylı şöbə, saat 10:00-dan 14:00-dək.
Reqional filialları
22 mart - “Gəncə” və “Sumqayıt” filialları – saat 11:00–21:00–dək
23 mart - “Gəncə” və “Sumqayıt” filialları – saat 11:00–21:00–dək
24 mart - “Gəncə” və “Sumqayıt” filialları – saat 11:00–21:00–dək
25 mart - “Gəncə” və “Sumqayıt” filialları – saat 11:00–21:00–dək
26 mart - “Gəncə” və “Sumqayıt” filialları – saat 11:00–21:00–dək
27 mart - “Gəncə” və “Sumqayıt” filialları – saat 11:00–21:00–dək
DOSTLARINLA PAYLAŞ: