Bank Melli İran ziyanla işləyib
11 Noyabr 2010 Cümə Axşamı 17:45
Bank Melli İran 9 ay ərzində ziyanı 292 min manat olub.
"Bank Melli İran" ASC-nin aktivləri bu ilin yanvar-sentyabr aylarında 0,2 faiz azalaraq 42,68 milyon manata eib. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 15,4 faiz azalaraq 7,74 milyon manat olub. Bankın ümumi öhdəlikləri 27,19 milyon manatdan 27,75 milyon manata artıb. Depozit portfeli 17,1 faiz genişlənərək 4,75 milyon manat, o cümlədən müddətli depozitlər 26,8 faiz artaraq 2,57 milyon manat təşkil edib.

Balans kapitalı 14,93 milyon manata, məcmu kapital 14,82 milyon manata qədər azalıb. Ödənilmiş nizamnamə fondu 4,3 faiz artaraq 14,63 milyon manat olub.

Bankın gəlirləri 3,26 milyon manat, xərcləri 3,55 milyon manat təşkil edib. Onlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,8 faiz və 89,5 faiz artıb. Bankın ziyanı 292 min manat olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar