"Bank Avrasiya"nın aktivləri 5 faiz artıb
17 May 2010 Bazar Ertəsi 18:05
Bankın xalis mənfəəti isə 146 min manat təşkil edib.
"Bank Avrasiya" ASC-nin aktivləri bu ilin birinci rübündə 5 faiz artaraq 42,72 milyon manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 7,8 faiz artaraq 20,67 milyon manat olub.

Bankın ümumi öhdəlikləri 19,8 milyondan 21,63 milyon manata artıb. Depozit portfeli 7,2 faiz azalaraq 15,4 milyon manat, o cümlədən müddətli depozitlər 33,3 faiz azalaraq 7,83 milyon manat olub.

Balans kapitalı 21,09 milyon manat təşkil edib. Məcmu kapital 0,5 faiz artaraq 20,51 milyon manatı keçib, ödənilmiş nizamnamə fondu 20 milyon manat səviyyəsində qalıb.

Bankın gəlirləri 1,26 milyon manat, xərcləri 1,12 milyon manat olub. Vergi ödənilənədək xalis mənfəət 146 min manat təşkil edib.
anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar