"Bank Avrasiya"nın aktivləri 16,8 faiz artıb
16 Avqust 2010 Bazar Ertəsi 15:35
"Bank Avrasiya"nın gəlirləri 7 ay ərzində 2,31 milyon manat olub.
Bu ilin yanvar-iyul aylarında "Bank Avrasiya"nın aktivləri 6,84 milyon manat və ya 16,8 faiz artaraq 47,58 milyon manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 0,4 faiz artaraq 19,63 milyon manat təşkil edib.
Bankın ümumi öhdəlikləri üçdə bir dəfə artaraq 26,4 milyon manata çatıb. Depozit portfeli 23,7 faiz genişlənərək 20,49 milyon manat olub, müddətli depozitlər azalaraq 9,89 milyon manat təşkil edib.
Balans kapitalı ilin əvvəlindən 2,1 faiz azalaraq 21,18 milyon manat olub. Məcmu kapital 100 min manat azalaraq 20,31 milyon manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 20 milyon manat səviyyəsində qalıb.
Bankın gəlirləri 7 ayda 2,31 milyon manat, xərcləri 2,08 milyon manat olub. Daha 390,9 min manat aktivlər üzrə mümkün itkiləri ödəmək üçün ehtiyata yaradılmasında istifadə edilib. Bankın itkisi 158,3 min manat təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: