Bank Avrasiya"dan "PIN-Change" xidməti
12 Yanvar 2010 Çərşənbə Axşamı 17:25
Bank Avrasiya öz müştərilərinə yeni xidmət təklif edib
"Bank Avrasiya" plastik kart sahiblərinə yeni "PIN-Change" xidmətini təklif edir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "PIN-Change" xidməti plastik kart sahiblərinin rahatlığı üçün nəzərdə tutulub.

Müştəri bu xidmətdən istifadə edərək, öz plastik kartının PIN kodunu istənilən, onun üçün asan yadda qalan 4 rəqəmli kodla əvəz edə bilər. "PIN-Change" xidmətindən istifadə haqqı 2 manat təşkil edir.

"PIN-Change" xidmətindən istifadə etmək üçün "Bank Avrasiya"nın plastik kart sahibi bankomat vasitəsi ilə aşağıda sadalanan mərhələləri həyata keçirməlidir:

1. Plastik kart bankomata daxil olunur;
2. Dil seçimi aparılır;
3. Kartın kodu yığılır;
4. "Ödəmələr" bölməsi seçilir;
5. "Xidmətlər" bölməsinə keçid alınır;
6. "PIN-Change" xidməti seçilir;
7. Yeni 4 rəqəmli kod yığılır, "ENTER" düyməsi basılır;
8. Yeni kod təkrarən yığılır və "ENTER" düyməsi basılır.
 
ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar