"Bakıelektrikşəbəkə" xəbərdarlıq edir
18 May 2009 Bazar Ertəsi 12:05
Borcunu vaxtında ödəməyən abonentlərə güzəşt edilməyəcək

"Bakıelektrikşəbəkə" bu gündən borclu abonentlərin işığını kəsməyə başlayacaq. Qurum borclu abonentlərdən ödənişləri gecikdirməməyi xahiş edir. Əks halda onların elektrik enerjisi təchizatı qeyd-şərtsiz dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, cəmiyyətin ödəmə məntəqələrində həyata keçirilir./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar