BakıdaAzərbaycan-Slovakiya biznes forumu keçirilir
15 Mart 2010 Bazar Ertəsi 13:05
Tədbirdə hökumət rəsmiləri ilə yanaşı, 40-a yaxın şirkətin nümayəndələri də iştirak edir
Bu gün Bakı Biznes Mərkəzində Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın Azərbaycana rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan-Slovakiya biznes forumu işə başlayıb.

Tədbirdə Azərbaycan və Slovakiya tərəfdən hökumət rəsmiləri ilə yanaşı, kənd təsərrüfarı, informasiya-kommunikasiya texnologiyaları, bank, tikinti, sənaye və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın şirkətin nümayəndələri iştirak edir.

Qonaqlar əvvəlcə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafını əks etdirən sərgi ilə tanış olublar.
Biznes forumunun açılış mərasimində iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov və Slovakiyanın xarici işlər naziri Miroslav Layçak çıxış edərək, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın perspektivləri barədə məlumat veriblər. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar