Bakıda mənzil qiymətləri aşağı düşüb
07 Aprel 2009 Çərşənbə Axşamı 13:15
Qiymət enməsi əsasən son dövrlərdə alıcılıq qabiliyyətinin tamamilə aşağı düşməsi, kreditlə satışda yaranan problemlərlə əlaqələndirilir

Mart ayında Bakının və onun ətraf ərazilərinin ilkin mənzil bazarında qiymətlər orta hesabla 11,4 faiz aşağı düşüb. Mütəxəssislərin hesablamalarına görə, Sumqayıtda 9, Mingəçevirdə 10,3, Gəncədə isə 10 faiz ucuzlaşma qeydə alınıb. Qiymət enməsi əsasən son dövrlərdə alıcılıq qabiliyyətinin tamamilə aşağı düşməsi, kreditlə satışda yaranan problemlərlə əlaqələndirilir. Ucuzlaşmanın yaxın vaxtlarda da davam edəcəyi gözlənilir. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar