Bakıda keçiriləcək turnirin mükafat fondu 60 min dollar olacaq
31 İyul 2010 Şənbə 17:30
Turnirin qalibini 10 min dollar mükafat gözləyir.
Avqustun 22-də Novxanıda “Bakı Open 2010” beynəlxalq şahmat turnirinə start veriləcək.
Gənclər və İdman Nazirliyinin və Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirin ümumi mükafat fondu 60 min dollar təşkil edir.
Turnirin qalibini 10 min dollar mükafat gözləyir. İsveçrə sistemi üzrə keçirilən yarışda 9 tur oynanılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: