Bakıda İpoteka Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
29 Yanvar 2011 Şənbə 05:15
Hərraca 3 milyon manat məbləğində istiqraz çıxarılacaq.
Yanvarın 31-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Hərraca 3 milyon manat məbləğində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcəkdir. İstiqrazlar 100,1167 qiymətlə satışa çıxarılacaq. Qeyd edək ki, istiqrazlar 2017-ci il dekabrın 11-də ödəniləcək.
anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar