“Azman.co” “Harley-Davidson”un Azərbaycanda ilk və yeganə distribyutorudur.
Bu gün Bakıda ilk olan “Harley-Davidson Baku” motosiklet mağazasının rəsmi açılış mərasimi oldu. “Azman.co” şirkəti (“Kawasaki”nin də rəsmi distribyutoru) “Harley-Davidson”un Azərbaycanda ilk və yeganə distribyutorudur. Bibiheybət prospekti, 2, Bina 7 ünvanında yerləşən mağazada geniş geyim və aksessuar kolleksiyası var. Hər iki cinsin nümayəndələri üçün satılan geyimlər peşəkar və gündəlik sürüş üçün nəzərdə tutulan kateqoriyalara bölünür. Bundan əlavə mağazada “Harley-Davidson” markalı dəbilqə, dəri gödəkçə, əlcək, kəmər, bandana, kepka, pul çantası, portmane, idman çantaları, maykalar, eyni zamanda məişət avadanlıqları – fincanlar, iskənələr, daxıl, qab-qacaq və s. satılır.
Həmçinin böyük aksesuar seçimi var. Burada qadınlar üçün bijuteriya əşyaları,“Harley” sevənlər üçün ofis ləvazimatları da var.
“Azman.co” MMC-nin baş direktoru Rüfət Məsimovun ANS PRESS-ə verdiyi məlumata görə, “Harley-Davidson Baku” motosikletləri bütün dünyada tanınır: “Azərbaycanda da bu motosikletlərə tələbat var. Bunu nəzərə alaraq Azərbaycanda da mağazanı açmaq qərarına gəldik”.
Mağazada mühərrikin dəyişdirilməsindən tutmuş xarici görünüşün dəyişdirilməsinədək hər şey mümkündür. Bütün bu işlər sırf peşəkarcasına, zavod tövsiyyələri əsasında həyata keçirilir. Dəyişikliklər edilərkən zəmanət qüvvədə qalır. Bütün bunları həyata keçirəndə isə insan sırf özünün oturuşuna və həyat tərzinə uyğun bir motosiklet əldə edir.
Mağazadan alınan hər bir motosikletə 2 il zəmanət verilir.
Qeyd edək ki, rəsmi açılış mərasimindən sonra "Royal" otelin ərazisində test-driving (test-drayvinq) təşkil olunub. Burada “Harley-Davidson Baku” motosikletlerinə baxış keçirilib.
ANSPRESS