Bakıda bank qarət edildi
21 Avqust 2010 Şənbə 23:00
Naməlum şəxslər bankın içərisində yerləşən bankomatı dağıdaraq külli miqdarda pul aparıblar.
Bakının Nizami rayonu ərazisində yerləşən bank qarət edilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, 8-ci kilometr qəsəbəsi, Qara Qarayev prospektində yerləşən “ATRABANK”dan külli miqdarda pul oğurlanıb.
Bu gün gecə 02:00 radələrində naməlum şəxslər bankın içərisində olan bankomatı dağıdaraq 4000 dollar və 10000 manat pul aparıblar.
Hadisə yerinə Nizami rayon Polis İdarəsinin rəhbərliyi və 24-cü polis bölməsinin əməliyyat qrupu gəlib. Faktla bağlı cinayət işi başlanıb, cinayəti törədən şəxs və ya şəxslərin tapılması istiqamətində axtarış tədbirləri aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: