Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək
20 Oktyabr 2011 Cümə Axşamı 18:37
Foruma müxtəlif sektorlardan 25-ə yaxın qazaxıstanlı iş adamının qatılacağı gözlənilir.
Gələn həftə, 24 oktyabr tarixində Qazaxıstan Respublikasının “KAZNEX İnvest” təşkilatının idarə heyətinin sədr müavini Meyerjan Maykenovun başçılığı ilə 25-ə yaxın iş adamının Azərbaycana səfəri nəzərdə tutulur. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində “KAZNEX İnvest” və AZPROMO-nun birgə təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan Biznes Forumunun keçirilməsi nəzərdə tutulur.

Tədbirdə müxtəlif sektorlardan 25-ə yaxın qazaxıstanlı iş adamının qatılacağı gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar