Bakıda Azərbaycan-Polşa biznes-forumu keçirilib
25 İyul 2011 Bazar Ertəsi 20:12
Bakıda Azərbaycan-Polşa biznes-forumu keçirilib. Tədbirdə İlham Əliyev və Bronislav Komarovski iştirak edib.
Polşa prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri çərçivəsində bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə biznes-forum keçirilib. Tədbirdə Azərbaycanın dövlət başçısı İlham Əliyev və Polşa prezidenti B.Komarovski iştirak edib.

Tədbirə kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sənaye, bankçılıq, sığorta və digər sahələrdə fəaliyyət göstərən 20-ə yaxın polşalı iş adamı qatılılıb.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan və Polşa arasında ticarət dövriyyəsinin həcmi 31,5 milyon dollar, 2011-ci ilin ilk beş ayı ərzində isə 22,6 milyon dollar təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar