Bakı-Tiflis-Ceyhan neft kəməri 300 milyon manat gəlir gətirib
04 Yanvar 2010 Bazar Ertəsi 04:20
Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsi ilə Azərbaycan üçün çoxvariantlı ixrac strategiyasını reallaşdırmaq istiqamətində imkan yaranıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin fəaliyyətindən 314,8 milyon dollar məbləğində dividend əldə edib. Bu barədə məlumat verən ARDNF-in icraçı direktoru Şahmar Mövsümov deyib ki, Bakı-Tiflis-Ceyhan neft kəmərinin 2006-cı ilin iyununda istismara verilməsi ilə Azərbaycan üçün çoxvariantlı ixrac strategiyasını reallaşdırmaq istiqamətində imkan yaranıb, ölkənin tranzit potensialı bir neçə dəfə artıb. İcraçı direktor deyib ki, ARDNF-ə BTC-nin fəaliyyətindən dividendlər daxil olur və hazırda onların ümumi məbləği 314,8 milyon ABŞ dolları təşkil edir.
Şahmar Mövsümov vurğulayıb ki, BTC neft kəmərinin inşası layihəsində dövlətin payının maliyyələşdirilməsi üçün 2002-2006-cı illərdə ARDNF-in vəsaitlərindən 297,8 milyon manat və ya 312,6 milyon dollar yönəldilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: