Bakı-Supsa neft kəməri yanğın təhlükəsi ilə üzləşib
13 Avqust 2010 Cümə 13:36
Bakı-Supsa neft kəmərinin keçdiyi ərazidə yanğın baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, hadisə ötən gün Şəmkir rayonu, Bayramlı kəndində (rayon mərkəzindən 15 km aralı), Bayramlı Kənd Bələdiyyəsinə məxsus ərazidə biçilmiş taxıl sahəsində meydana gəlib. Nəticədə 3 hektar biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdan keçən Bakı-Supsa neft kəməri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğının qarşısı tam alınıb. APA
DOSTLARINLA PAYLAŞ: