Bakı Fond Birjasında növbəti hərrac keçirilib
10 Fevral 2010 Çərşənbə 10:05
MN-nin dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik istiqrazları fonda yerləşdirilib
Dünən Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10500328S saylı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, sifarişlər 3 investor tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 6 500 000 manat təşkil edib.

Sifarişlər 100.00 faiz (faiz gəlirlik 3.75 faiz) qiymətində təqdim edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 000 000 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 08 fevral 2011-ci ildir.

İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nın depozitarisində aparılır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar