Bakı Fond Birjasında hərrac keçiriləcək
14 Avqust 2010 Şənbə 14:55
Hərrac bu il sentyabr ayının 21–də baş tutacaq.
Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə Bakı Fond Birjasında hərrac keçiriləcək. Fond birjasından ANS PRESS-ə verilən məlumata görə, hərrac bu il sentyabr ayının 21–də saat 11:00-də təşkil olunacaq.
Nominal dəyəri 100 manat olan 10105726S dövlət qeydiyyatlı, ümumi həcmi 20 000 000 manat olan istiqrazın tədavül müddəti 35 gün, ödəniş tarixi 21 sentyabr 2010-cu ildir.
Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 80%-dən aşağı olduğu təqdirdə Emitent bu sifarişləri qəbul etməmək hüququna malikdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: