Bakı Fond Birjasında (BFB) hərrac keçirilib
10 Mart 2010 Çərşənbə 17:00
Mərkəzi Bankın 4 milyon manatlıq notları yerləşdirilib
Bu gün Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50101025S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 5 000 000 manat, hərraca çıxarılan həcmi – 4 000 000, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, hərracda 4 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 60 016 100 manat təşkil edib.

Sifarişlər 99.9226 faiz (gəlirlik 1.00 faiz) qiymətində təqdim edilib. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti – 99.9226 faiz (gəlirlik 1.00 faiz), orta ölçülmüş qiymət – 99.9226 faiz (gəlirlik 1.00 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 4 000 000 manat məbləğində müəyyən edilib, о cümlədən 800 200 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla. Notların ödəmə tarixi 07 aprel 2010-cu ildir. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar