Bakı Fond Birjası loqotipini dəyişdi
16 Avqust 2010 Bazar Ertəsi 17:10
Bu gündən etibarən birjanın yeni rəsmi loqotipi qüvvəyə minib.
Bakı Fond Birjasının (BFB) 2010-2012-ci illər üzrə İnkişaf Strategiyasına uyğun olaraq, 16 avqust 2010-cu il tarixində birjanın yeni rəsmi loqotipi qüvvəyə minib. Fonddan ANS PRESS-ə verilən məlumata görə, yeni loqotip BFB-nin ölkənin maliyyə mühitindəki yerini daha dəqiq ifadə etməklə, qiymətli kağızlar bazarında mümkün ola bilən artım və enmələri simvolizə edir.

Bu baxımdan loqotipin tərtibatında maliyyə sahəsində qəbul edilmiş qara (gəlir) və qırmızı (zərər) rənglərdən istifadə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar