AzSığorta şirkəti icbari sığorta növləri üzrə fəaliyyət üçün ilkin razılıq alıb
26 Dekabr 2011 Bazar Ertəsi 16:56
Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən «İcbari sığortalar haqqında» qanuna müvafiq olaraq «AzSığorta» ASC-yə icbari sığorta növləri üzrə fəaliyyətin aparılmasına ilkin razılıq verilib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda yeni qanunvericiliyə əsasən, sığorta polislərinin (şəhadətnamələrin) buraxılması üçün texniki məsələlər həll olunur.
Qeyd edək ki, «AzSığorta» ASC 2006-cı ildən fəaliyyət göstərir. Hazırda şirkət 28 könüllü və 5 icbari sığorta növü üzrə müştərilərə xidmətlər təklif edir. Şirkətin əməkdaşlarının sayı 200-dən çoxdur. Şirkət 7 regional filialı vasitəsilə bütün Azərbaycanı əhatə edir. Dövlət qeydiyyatından 1 mln. manat həcmində nizamnamə kapitalı ilə keçən şirkətin nizamnamə kapitalı hazırda 19,9 mln. manata çatıb.
Bu gün şirkət rəhbərliyi, o cümlədən aparıcı işçi heyəti Avropa təhsilli və sığorta sektorunda kifayət qədər təcrübəyə malik olan şəxslərdən təşkil olunmaqla, mövcud və potensial müştərilərin sığorta ehtiyaclarının düzgün müəyyən olunmasına, habelə sığorta bazarının dəyişən tələblərinə operativ cavab verməklə yüksək səviyyəli sığorta xidməti göstərməyə imkan verir.
DOSTLARINLA PAYLAŞ: