Azersun Holding Həyat yaşıldır adlı məlumatlandırma aksiyası keçirib
16 İyul 2011 Şənbə 14:28
Azərbaycan bazarında yeganə yerli yaşıl noxud istehsalçısı olan “Natural Green Land” müəssisəsinin “Bizim Tarla” marka heyəti tərəfindən “Həyat yaşıldır” adlı keçirilən məlumatlandırma aksiyası başa çatıb.
Bu barədə “APA-Economics”ə «Azersun Holding» şirkətindən məlumat verilib.

Aksiyada vətəndaşlara yaşıl şarlar və məlumatlandırıcı lifletlər hədiyyə olunub. «Yaşıl noxud günü»nün qeyd olunması üçün planlanmış yaşıl şarlar havaya buraxılıb. Bu ATL və BTL aksiyaları ilə yanaşı, 15-17 iyul tarixlərində 10 supermarket və “Park Bulvar”dakı “Bizim Tarla” stendində bu ilin istehsalı olan yaşıl noxudların daddırması keçirilir.

Qeyd edək ki, “Azersun Holding” yaşıl noxud əkininə 2007-ci ilin dekabr ayından başlayıb və hər il mərhələli əkin işləri həyata keçirib. İstehsalda istifadə edilən bütün avadanlıqlar da ən son texnoloji nailiyyətlərdən hesab edilir. Məhsulun istehsal olunduğu zavodun ərazisi 3600 m² sahəni əhatə edir və 2010-cu ildən etibarən yaşıl noxud əkin sahələri 2 dəfədən çox genişlənib. «Natural Green Land» konserv zavodunda istehsal prosesində 3 növbədən ibarət olmaqla 130 nəfər işçi çalışır və günə 70 ton yaşıl noxud istehsal olunur. Hazırda “Bizim Tarla” yaşıl noxud məhsulları həm daxili bazarda, həm də xarici ölkələrdə satılmaqdadır.anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar