Azerspace 1 nə qədər qazanc gətirəcək?
19 Fevral 2013 Çərşənbə Axşamı 14:13
Azerspace 15 il istismarından 650 mln. dollar qazandıracaq.
Azərbaycanın ilk milli telekommunikasiya peyki olan "Azerspace-1" 15 il istismar müddəti ərzində ölkəyə 650 mln. ABŞ dolları məbləğində gəlir gətirəcək. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov artıq peykin təyinata uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyini tutduğunu bildirib. 20 gün ərzində peykin sınağı aparılacaq, daha sonra isə "Azerspace-1" kommersiya fəaliyyətinə başlayacaq.
Nazirin sözlərinə görə, peykin istismar müddəti 15 ildir və bu müddət ərzində Azərbaycan peykdən 650 mln. dollar məbləğində gəlir əldə edəcək. "Azerspace-1"in tikintisi, onun sığortalanması, orbitə buraxılması və yerüstü infrastrukturun yaradılmasına isə 230 mln. dollar xərclənib. "Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə orbitə çıxarılması planlaşdırılır. İkinci telekommunikasiya peyki isə orbitə 2016-cı ildə çıxacaq.
Qeyd edək ki, "Azerspace-1" peyki fevralın 8-də orbitə çıxarılıb. Peyk Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək.
DOSTLARINLA PAYLAŞ: