Azərsığorta hamını qabaqlayıb
22 Noyabr 2010 Bazar Ertəsi 17:15
Sığorta şirkəti yanvar-oktyabr aylarının yekunu üzrə 21,43 milyon manat mükafat yığıb
Dövlət kommersiya sığorta şirkəti olan "Azərsığorta" yanvar-oktyabr aylarının yekunu üçün 21,43 milyon manat mükafat yığıb. Son bir ayda şirkət 4 milyon manat mükafat toplayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə artım 3,9 faiz olub. Dövlət Sığorta Nəzarəti Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, liderlə ikinci yerdə gedən "AzSığorta" arasında fərq bir qədər də artıb. Sonuncu hesabat dövründə 12,97 milyon toplayıb. Bu şirkətdə artım 44,27 faizdir.

Onların ardınca gələn "Atəşgah" 11,9 milyon manat, "Azal Sığorta" 11,27 milyon manat və "Paşa Sığorta" 11,16 milyon manat toplayıb. Beynəlxalq Sığorta Şirkəti 8,39 milyon manat nəticə ilə altıncı yerdədir. "Standart Insurance" 7,25 milyon mükafatla yeddinci yerdə qərarlaşıb.

"MBASK" da dirçəlir. Oktyabrda 560 min manat yığımla şirkət mükafatlarını 6,68 milyon manata çatdırıb və 8-ci olub. "Xalq Sığorta" kəskin azalma ilə (3,8 dəfə) 9-cudur. Onun mükafat portfeli 6,2 milyon manatdır. "Onluğu" "A-Group" qapadır. Hesabat dövründə o, 5,75 milyon manat toplayıb. Bu, ötən ilin eyni dövründəkindən azdır.

Ödənişlər üzrə yenə "AzərSığorta" liderdir. 10 ayda o, 8,79 milyon manat kompensasiya verib. Bu, ötən ilin eyni dövründəkindən 2 milyon manat azdır. Hərbi qulluqçuların sığortası üzrə ödənişlər də elə o qədər azalıb. Ümumi ödənişlərin 21,3 faizi dövlət şirkətinin payına düşür.

Azərbaycan sığortaçılarının ümumi mükafatları yanvar-oktyabr aylarında 6 faiz azalaraq 130,3 milyon manat olub. Aparıcı "onluğun" ümumi mədaxildə payı 83 faizdən 73,5 faizə düşüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar