Azərsığorta tədiyələrinin yığımına görə lider olub
14 May 2011 Şənbə 21:02
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sığorta tədiyyələrinin toplamasına görə renkinqi. Azərsığorta tədiyələrinin yığımına görə lider olub.
Bu ilin yanvar-aprel aylarında “Azərsığorta” şirkəti sığorta tədiyələrinin yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2011-ci ilin yanvar-aprel aylarında “Azərsığorta” tərəfindən tədiyə yığımı 7 milyon 47,059 min manat və ya sığortaçıların bütün tədiyələrinin 10,6 faizini təşkil edib.

Hesabat dövrünün yekunları üzrə yığılmış tədiyələrin həcminə görə 10 aparıcı sığorta şirkəti sırasına həmçinin “Azal sığorta” (6 milyon 243,468 min manat), “Atəşgah” (5 milyon 59,971 min manat) “A-Qroup” (4 milyon 551,962 min manat), “Paşa Həyat Sığorta” (4 milyon 501,651 min manat) “Xalq sığorta” (4 milyon 373,765 min manat), “AzSığorta” (4 milyon 83,483 min manat), “Beynəlxalq Sığorta Şirkəti” (4 milyon 72,637 min manat), “Standard Insurance” (3 milyon 549,201 min manat) və “AXA MBASK” (3 milyon 455,815 min manat) daxil olub.

Ümumilikdə, dövlət xidmətinin məlumatına görə, 2011-ci ilin yanvar-aprel aylarında bazarda fəaliyyət göstərən bütün 28 sığorta şirkəti tədiyə alıb. 18 şirkət isə 1 milyon manatdan çox məbləğdə tədiyə alıb.

Qeyd edək ki, bu ilin 4 ayında sığortaçıların ümumi tədiyələri 66 milyon manat təşkil edib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar