Azərlotereya ASC-nin auditi keçirilib
14 Aprel 2012 Şənbə 20:02
Cəmiyyət tərəfindən dövlət büdcəsinə 1,2 milyon manat dividend, vergilər üzrə isə 795 min manat vəsait ödənilib.
"M&J Accuracy Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ilin maliyyə-təsərrüfat fəaliyyəti üzrə auditi keçirilib. Audit nəticəsində Səhmdar Cəmiyyətində mühasibat uçotunun qanunvericiliyə uyğun aparıldığı, mühasibat uçotunun və illik balansın qanuni göstərişlərə, eləcə də nizamnaməyə uyğun olduğu müəyyən edilib.
İqtisadi İnkişaf Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, audit rəyinə əsasən, “Azərlotereya” ASC-də 2011-ci il üzrə əldə edilmiş gəlirlərin məbləği 19,1 milyon manat, sair əməliyyat gəlirləri 0,8 milyon manat, ümumi xərclərin həcmi 18,2 milyon manat, mənfəəti 1,7 milyon manat olub.
Ötən il “Azərlotereya” ASC tərəfindən dövlət büdcəsinə 1,2 milyon manat dividend, vergilər üzrə isə 795 min manat vəsait ödənilib.
DOSTLARINLA PAYLAŞ: